İsveç XİN departament rəhbəri Bakıda görüşlər keçirib | FOTOLAR

İsveç XİN departament rəhbəri Bakıda görüşlər keçirib |    FOTOLAR
  29 Yanvar 2026    Oxunub:987
İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tiberq bu həftə öz həmkarı Məmməd Talıbov, eləcə də xarici işlər nazirinin müavini Fariz Rzayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla səmərəli görüşlər keçirib.
AzVision.az İsveç səfirliyinə istinadən xəbər verir ki, müzakirələr ikitərəfli məsələləri, Ermənistanla sülh və normallaşma prosesini, həmçinin qarşılıqlı maraq doğuran regional inkişaf məsələlərini əhatələyib:

"Səfər çərçivəsində Tobias Tiberq həmçinin beyin mərkəzlərinin, vətəndaş cəmiyyətinin və Azərbaycanda fəaliyyət göstərən İsveç şirkətlərinin nümayəndələri ilə də faydalı fikir mübadiləsi aparıb".




AzVision.az


Teqlər: Azərbaycan   İsveç   nümayəndə   görüş  



Xəbər lenti